Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107235
az

Ukraynadan qayıdan Rusiya hərbçiləri 200-dən çox insanı öldürüb, yaxud şikəst ediblər

10:3927 Aprel, 2024
125
DÜNYA
  • A

Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edərək vətənə qayıdan Rusiya hərbçiləri artıq iki yüzdən çox həmvətənini öldürüb və şikəst ediblər.

OXU24.COM  xəbər verir ki, bu barədə "Verstka" nəşri açıq məlumatlara əsasən hesablama aparıb.

KİV-in məlumatına görə, müharibə başlayandan indiyədək geri qayıdan hərbçilər ölümlə nəticələnən qəsdən adam öldürmə və sağlamlığa ağır zərər vurma da daxil olmaqla insan tələfatı ilə nəticələnən azı 84 cinayət törədiblər. Bu hərəkətlər nəticəsində 107 rus ölüb, yüzdən çoxu isə ağır yaralanıb.

Söhbət yalnız hüquq-mühafizə orqanları tərəfindən rəsmi qeydə alınan, 176 hərbçinin təqsirləndirildiyi, onlardan 91-inin əfv olunduğu cinayətlərdən gedir.

Qeyd olunur ki, dərc edilmiş 134 məhkəmə hökmündən üç işdən ikisində müharibədə iştirak yüngülləşdirici hal kimi nəzərə alınıb.

42 işdə məhkəmə "zərərçəkmiş şəxslərin qanunsuz davranışını" yüngülləşdirici hal kimi nəzərdən keçirib ki, bu zaman digər hallarla yanaşı, hakimlər "hərbi hərəkətlərin tənqidi"ni də əhatə edib.

Aprelin 25-də Ukraynanın Xerson vilayətinin işğal olunmuş ərazisində Kalinovka və Abrikosovka kəndlərində dörd nəfərin qətlini törətdiklərini etiraf edən iki rus hərbçisi Aleksandr Osipov və Aleksandr Kayqorodtsev tutulub.

"Kommersant"ın məlumatına görə, saxlanılanlar 144-cü motoatıcı briqadada xidmət ediblər, cinayət isə sərxoşluq əsasında törədilib. Kayqorodtsevin əvvəllər qətl və narkotik ticarəti üçün mühakimə olunduğu da bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qasırğa İngiltərədə nəqliyyatı iflic etdi
İranda zəlzələ oldu – Ordubadda hiss edildi
Dünyanın ən yaşlı kişisi öldü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı