Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107223
az

Bakının bu əraziləri tezliklə PLANA DÜŞƏCƏK

23:0326 Aprel, 2024
183
  • A

Xətai rayonu Abbas Abad, Mirzə Davud küçələri, Kənd Əhmədli adlı ərazinin bir hissəsi, "Elektrotop" qəsəbəsi kimi tanınan ərazilərin dövlət planına düşərək köçürülməsi gözlənilir.

OXU24.COM  araşdırmasına əsasən məlum olub ki, Kənd Əhmədli ərazisi istisna olmaqla, sözügedən küçələr dövlət planına daxil edilib. Həmin ərazilərdə Dənizkənarı Bulvarın salınması planlaşdırılır.

Bakı şəhərinin baş planına əsasən, tikinti-söküntü işlərinə 2026-cı ildə başlayacaq, 2030-cu illərdə işlər yekunlaşdırılacaq.

Qeyd edək ki, həmin ərazilər 20 il öncə plana tabe tutulub və ərazidəki evlərin bir hissəsi köçürülüb.

Lakin köçürülmüş evlərin yerində zavod tikilib.

“Elektrotop” qəsəbəsində yerləşən Energetika zavodunun söküntü işlərinə bir neçə il əvvəl başlanılıb. Zavod Səngəçala köçürülür. Zavodun tam olaraq sökülməsi başa çatdıqdan sonra ərazidəki evlərlə bağlı işlərə başlanacaq.

Qeyd edək ki, sözügedən ərazidə 4 minə qədər sənədsiz ev tikilib və əhalinin sıx məskunlaşdığı yaşayış massividir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumət vətəndaşlara smartfon almaq üçün PUL VERƏCƏK -Bu ölkədə...
Əsirlikdən azad edilən ukraynalıların SAYI AÇIQLANDI
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...