Xalq artsiti Flora Kərimova ilə əməkdar artist Röya Ayxan arasında olan qalmaqal artıq pik həddə çatıb. Röya Ayxan Flora Kərimovanın tənqidlərinə söyüşlər və təhqirlərlə cavab verib.
Baş verən qalmaqalla bağlı Bizim Yol Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyevanın məsələyə münasibətini öyrənib.
O saytımıza açıqlamasında bu hadisədən təəssüfləndiyini bildirib.
“Mən dünən bu barədə saytlardan oxumuşam və çox təəssüflənmişəm, çox məyusam. Flora Kərimova bizim böyük sənətkarımızdır. O artıq bu sənətdə kifayət qədər böyük yol keçib. Onun tənqit etmək üçün əsası var. Tənqid də edəndə baxmalısan, təhqirlərə yol vermək olmaz. Röya da bizim gənc müğənnilərdəndi, əməkdar artisti, amma o düz eləmiyib. Heç kimi təhqir etmək olmaz. Hələ söhbət böyük sənətkardan gedirsə, əlbətdə bu düzgün deyil.”
“Ümumiyyətlə sağlam tənqid olmalıdı. Başqasının mənliyinə toxunmaq olmaz.Tənqid zamanı təhqirlərə, alçaldıcı ifadələrə yer vermək olmaz. Bütün hallarda mən bu məsələyə qarşıyam. Röya bu məsələdə düzgün addım atmayıb. Gərək bu səviyyəyə enməyəydi. Flora Kərimova artıq xalq tərəfindən qəbul edilib. Ona görə onun haqda fikir bidirərkən ehtiyatlı olmaq lazımdır. Nəyinki sənətkarı təhqir etmək. Bu əsla qəbul edilən deyil. Mən istəmirəm bizim müğənnilər arasında belə qalmaqallar baş versin.”
“Ümumiyyətlə xarici ölkələrdə ad məsələləri yoxdur. Bizdə də bu adlar varsa onda onlara hörmət olmalıdı. Bu qalmaqallar adlarına hörmət gətirmir.” -Deyə Gövhər Baxşəliyeva bildirib.
Oxu24.com
ŞƏRHLƏR