Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107187
az

Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir

14:2026 Aprel, 2024
123
DÜNYA
  • A

Ermənistanda fəaliyyət göstərən, sıralarına, əsasən, muzdlu döyüşçüləri cəlb etməklə məşğul olan VOMA (Voxj Mnalu Arvest - “Sağ qalmaq sənəti”) terror təşkilatı Ermənistan vətəndaşlarına və dünyada yaşayan erməniəsilli şəxslərə müraciət ünvanlayıb.

Bu barədə informasiya terror təşkilatının saytında yerləşdirilib.

Belə ki, özünün mənfur niyyətlərini həyata keçirmək üçün VOMA müxtəlif hərbi təlimlərə start verdiyini açıqlayıb. Yaş, cins, dini və siyasi baxışlar fərq etmir.

Təlimlərə dağ atıcılıq kursları, meşəlik ərazidə komanda şəklində döyüşmək, kamuflyaj olunmağı mənimsəmək, pusqu qurmaq kimi hərbi bacarıqların öyrədilməsi daxildir.
Məlumat üçün qeyd edək ki, təşkilat Ermənistan vətəndaşlarının, həmçinin ABŞ və Avropa ölkələrindəki erməni diasporunun maliyyə dəstəyi sayəsində fəaliyyət göstərir.

VOMA özünü Ermənistan dövlətinin müdafiə qabiliyyətini artırmaq və diasporla Ermənistan arasında əlaqəni gücləndirmək məqsədi daşıyan ictimai hərbi-vətənpərvərlik təşkilatı adlandırır. Ancaq bu, təşkilatın əsas missiyasını gizlətmək üçün vasitədir. Onun qurucusu və başçısı Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsinin rəhbəri olmuş Vova Vartanovdur. O, Birinci Qarabağ müharibəsində iştirak edib.

Eyni zamanda, VOMA-nın sıralarında olan silahlılar 44 günlük müharibədə Ermənistan ordusu tərkibində Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsədin sarayından elə dərmanlar tapıldı ki...
İsveçrənin yeni prezidenti o seçildi
Kiyevin tələbi ilə təcili iclas keçirəcək

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb