Tula vilayəti prokurorluğunun məlumatına görə, Tula-Belev avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər xəsarət alıb.
Oxu24.com xəbər verir ki,hadisə aprelin 25-də səhər saatlarında magistralın 75-ci kilometrliyində baş verib.
Nəticədə 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirərək qarşıdan gələn nəqliyyatın hərəkət hissəsinə çıxıb və aşıb.
Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR