Almaniya kansleri Olaf Şolz Fransa prezidenti Emmanuel Makronun bu gün Sorbon Universitetində səsləndirdiyi fikirləri dəstəkləyib.
Oxu24.com xəbər verir ki,"Fransa və Almaniya birlikdə Avropanın güclü qalmasını istəyirlər. Sizin çıxışınız buna nail olmaq üçün yaxşı impulslar ehtiva edir. Biz birlikdə Aİ-ni irəliyə aparırıq: siyasi və iqtisadi cəhətdən. Suveren və innovativ Aİ naminə! Yaşasın Avropa!" – Şolz X sosial şəbəkəsindəki səhifəsində Makrona yazıb.
Bundan əvvəl Makron digər məsələlərlə yanaşı vurğulamışdı ki, qonşuların aqressivlik nümayiş etdirməyə başladığı şəraitdə Avropa özü üçün etibarlı müdafiə konsepsiyası yaratmalıdır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR