Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107078
az

“Ölkəmizə təzyiqlər hələ də mövcuddur”

13:4025 Aprel, 2024
142
SİYASƏT
  • A

“Türk Dövlətləri Təşkilatı (TDT) bizim üçün mühüm təşkilatdır. Bu faktiki bizim təşkilatdır. TDT çərçivəsində əməkdaşlıq Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biridir. Bəlkə də bu gün əsas prioritetdir”.

Oxu24.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasında bildirib.

“Təəssüflər olsun ki, bizim ölkəyə təzyiqlər hələ də mövcuddur. Bir çox qərb dövlətləri Azərbaycanın öz ərazilərini öz gücü ilə işğaldan azad etməsi ilə barışa bilmir. AŞPA-da Azərbaycanın nümayəndə heyətinin fəaliyyətini dayandırması, bizə qarşı qəbul olunan qətnamələr bunun bariz nümunəsidir.

Yeri gəlmişkən AŞPA-nın üzvü, bizim ailədən olan iki ölkə Türkiyə və Macarıstan Azərbaycana qarşı qəbul edilmiş qeyri-obyektiv qətnaməyə öz kəskin etirazlarını bildirib və AŞPA-ya bununla bağlı məktub ünvanlayıblar. Fürsətdən istifadə edib qardaşlarımıza təşəkkürmü bildirirəm”, - S.Seyidov vurğulayıb. (Qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Harrisin Trampla Obamanın söhbətinə reaksiyası gündəm oldu - Video
Bələdiyyə üzvlüyünə namizədlərin       siyahısı     açıqlandı
Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi- FOTOLAR

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib