Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107065
az

“XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər”

11:4425 Aprel, 2024
123
SİYASƏT
  • A

“Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı bizə müraciət edib. Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər”.

Oxu24.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

“Burada bir məqama aydınlıq gətirmək istərdim. Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik.

Beləliklə, biz yalnız platforma, məkan barədə danışırıq. Belə bir təklif üçün Qazaxıstan hökumətinə də minnətdarıq. Hesab edirəm ki, indi biz Ermənistan tərəfinin cavabını gözləməliyik. Amma yenə də müzakirə olunan məsələnin mahiyyətinə qayıdaraq hesab edirəm ki, biz razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. Çünki işğal dövründə biz razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq. Həmin vaxt biz əsas prinsiplər üzərində razılığa gələ bilmirdik. Məşhur “Madrid prinsipləri”, biz heç onların üzərində razılığa gələ bilmirdik. Həmin vaxt bizdə sülh müqaviləsinin layihəsi belə yox idi. Amma indi bu layihə bizdə var. İndi sülh razılaşmasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var”, - Azərbaycan Prezidenti vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri ilə görüşüb
“COP29-un açılış mərasimi xoş təəssürat yaratdı -ÜST-nin baş direktoru
“Bakıda polislər bizə çox kömək etdilər”

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü