Birləşmiş Ştatlar Qəzza zolağına 1 milyard dollar humanitar yardım edəcək.
Oxu24.com xəbər verir ki, aprelin 24-ü axşam Co Bayden Ukraynaya və Amerikanın digər müttəfiqlərinə yeni yardım haqqında qanun imzalayıb.
ABŞ-ın hərbi yardım paketi 95 milyard təşkil edir və Ukraynaya əlavə olaraq, İsrail üçün 26 milyard dolların ayrılması, həmçinin Qəzza zolağı da daxil olmaqla münaqişə zonalarında mülki şəxslərə humanitar yardımın göstərilməsi üçün vəsait daxildir.
Aprelin 23-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, habelə Rusiyanın faktiki olaraq Kiyevə təhvil verilməsi üçün dondurulmuş aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihələri paketi prosedur səsverməsindən keçib.
Bundan əvvəl Fələstin rəhbərliyi ABŞ-ın İsrailə hərbi yardımını şərh edib.
Afət
Oxu24.com
ŞƏRHLƏR