Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107000
az

Əmin-amanlıq, mehriban qonşuluq - Bakıdan dünyaya sülh çağırışı

18:0024 Aprel, 2024
107
CƏMİYYƏT
  • A

Oxu24.com report-a istinadən Azər Nuriyevin yazısını təqdim edir

Mühüm əhəmiyyət kəsb edən beynəlxalq forumların, konfransların təşkili ölkəmizdə ənənə halını alıb. Aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum da bu ənənənin davamıdır.

30 ölkədən 64 beyin mərkəzi nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev bir çox məsələlərə - Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilməsi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətməsi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələrin aparılması üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağına toxunub.


Xatırladaq ki, 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmişdilər və dövlət başçısı da bu təklifi müsbət qiymətləndirmişdi. Bir il sonra - 2022-ci il aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransa 23 ölkədən gəlmiş 40 iştirakçı qatılmışdı. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları Şuşada quruculuq və bərpa mövzusunda "Şuşa - dirçəlişə gedən yol", postmünaqişə dövrünə dair "Əməkdaşlıq, imkanlar və çağırışlar" adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı.

Beləliklə, Prezidentin dünənki beynəlxalq forumda səsləndirdiyi fikirlərin bəzilərinə diqqət yetirək;

Birincisi, ölkə Prezidenti çıxışında bir daha bəyan etdi ki, Azərbaycan Ermənistanla sülhə can atır. Prezident xüsusilə qeyd etdi ki, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlətimizin başçısı əlavə etdi ki, baza prinsipləri üzərində razılığa gəlmək, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. Hətta sülh sazişinin layihəsi hazır ola bilər. Bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır.


İkincisi, beynəlxalq forum iştirakçıları vasitəsilə Azərbaycanın potensial təhlükə yarada biləcək heç bir işə qoşulmadığı vurğulandı. Bu da mühüm bir ismarışdır. Region və postsovet məkanına nümunə kimi göstərilən Azərbaycanın uğurunun səbəbi də bundadır.

"Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi də bundadır", - deyə dövlət başçısı bəyan edib.

Üçüncüsü, Prezident ölkəmizə qarşı əsassız hücum edən dövlətləri, qüvvələri də yaddan çıxarmayıb, onların ünvanına sərt fikirlər səsləndirib. Bildirib ki, bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük və cavab tədbirləri görülür. Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, "biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik".

Dördüncüsü, dövlət başçısının çıxışında maraqlı məqamlardan biri də strateji müttəfiq və qardaş ölkə Türkiyə ilə münasibətlərin sarsılmaz olduğunu bəyan etməsidir. Prezidentin sözlərinə görə, Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Ən əsası, Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır.


Beynəlxalq forumda bəyan edildi ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses - Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir.

Beşincisi, ən önəmli məsələlərdən biri ölkəmizin çoxqütblü siyasəti davam etdirməsi ilə bağlıdır. "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir", - deyən Prezident fikrini belə əsaslandırıb: "Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın - Avropa və İslam sivilizasiyalarının dəyərlərini böyük dərəcədə qəbul edib".


Beləliklə, bu gün tək regionda deyil, bütövlükdə postsovet məkanında söz sahibi olan Azərbaycan hər keçən gün uğurlarını davam etdirir. Rəsmi Bakı siyasi-iqtisadi imkanlarını genişləndirib, beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə - lider dövlətə çevrilib. Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması, iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var və bu, ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Koronavirusun daha bir qorxulu fəsadı üzə çıxdı
Evlənmə təklifi alacağınız həmin o RESEPT
Musiqi iş yerində məhsuldarlığı artırır -Alimlərdən yeni TƏDQİQAT

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var