Ukraynalı əsgərlər öz komandirlərini öldürüblər.
Oxu24.com -un “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə qondarma Donetsk Xalq Respublikasının (DXR) Əməliyyat Komandanlığının rəsmi nümayəndəsi Eduard Basurin bildirib.
Onun sözlərinə görə, hadisə martın 6-da olub. Belə ki, birinci batalyonun leytenantı gecə yoxlanışı zamanı 5 hərbçinin içki içdikdən sonra yatdıqlarını aşkarlayıb. Komandirin xəbərdarlığından sonra iki serjant əsəbləşdiyindən ona atəş açaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR