Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106967
az

Naxçıvanda saxta alkoqollu içkilər aşkarlanıb

14:1424 Aprel, 2024
54
CƏMİYYƏT
  • A

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri çərçivəsində muxtar respublikada fəaliyyət göstərən bir sıra ticarət obyektlərində monitorinq keçirilib.

 

Oxu24.com xəbər verir ki, monitorinqlər zamanı ticarət obyektlərində markalanması və qablaşdırılması qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 206 ədəd 0,25 litrlik (51,50 litr) saxta alkoqollu içkilər aşkarlanıb. Belə ki, məhsulların bir sıra göstəricilərinin orijinaldan fərqləndiyi, başlıq hissələrinin butulkalara kustar üsulla bərkidildiyi, hər bir butulkanın fərqli ölçüdə doldurulduğu, eyni zamanda məhsulların üzərində istehsal tarixlərinin və istehsalçı haqqında məlumatların qeyd olunmadığı müəyyən edilib. 

 

Faktla bağlı sözügedən məhsullar ticarət obyektlərində satışdan çıxarılaraq geri çağırılıb. 

 

Agentlik tərəfindən məhsulların məhv edilməsi barədə müvafiq qərar qəbul edilib və aprelin 24-də proses həyata keçirilib. 

 

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bildirilib ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əlilliyin qiymətləndirilməsi ilə bağlı YENİLİK
Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər