Xəbər verdiyimiz kimi, ötən gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib.
Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub.
Körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Azərsu" ASC-nin Qarabağ Regional Su-Kanal İdarəsində işləyirlər.
Qeyd edək ki, dünyaya gələn körpəyə İlham adı verilib.
ŞƏRHLƏR