Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106936
az

Bu şadlıq sarayları cərimə edildi

10:2724 Aprel, 2024
155
CƏMİYYƏT
  • A

Xətai rayonu Lütfizadə küçəsində fəaliyyət göstərən “Kremlin Hall" şadlıq sarayından havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən monitorinq və araşdırma aparılıb.


Xidmətin rəsmisi Qafar Ağayev bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.


“Araşdırma zamanı sözügedən obyektdə təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq, ona vaxtaşırı xidmət göstərilmədiyi, filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. Faktla bağlı “Kremlin Hall" şadlıq sarayının rəhbəri Elçin Qubadov barəsində qanunamüvafiq tədbir görülüb və filtrlərin dəyişdirilməsi üçün ona məcburi göstəriş verilib”.


Qafar Ağayev qeyd edib ki, ölkə ərazisində son 10 gün ərzində keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neptun”, “Meridian Park”, “Leyla Palace”, “Kaman House”, “İmperial”, “Gold Baku”, “Qala Qapısı”, “Köhnə Ciyərxana”, “Fontan”, “Cənnət Gəncə” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində akt, protokol tərtib olunub.


Q.Ağayev restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər. Əks halda qanun pozucularına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vitse-Spikerin köməkçisi hakimTƏYİN EDİLDİ
"Bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir" -Nazir
Azərbaycana ən çox bu ölkələrdən turist gəlib- Siyahı

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı