Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106931
az

Rusiyada YENİ HƏBSLƏR - İvanovun oduna onlar da "YANDI"

09:1924 Aprel, 2024
176
DÜNYA
  • A

Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanovla eyni vaxtda rüşvət almaqda şübhəli bilinən, pul köçürmələrində iştirak edən daha bir neçə nəfər saxlanılıb.

OXU24.COM xəbər verir ki, bu barədə “İzvestiya”yanın mənbəsi məlumat verib.

O bildrib ki, iş Müdafiə Nazirliyinin tikinti müqavilələrinin icrası ilə bağlı ola bilər.

"Kommersant" yazır ki, Timur İvanov FTX əməkdaşları tərəfindən saxlanılıb, sonra o, İstintaq Komitəsinin mərkəzi ofisindən müstəntiqlərə təhvil verilib.

O , xüsusilə külli miqdarda (290-cı maddənin 6-cı hissəsi; xüsusilə külli miqdarda - 1 milyon rubldan) rüşvət almaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza 15 il həbsdir.

Xatırladaq ki, Timur İvanov 2016-cı ilin mayında müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib və əmlakın idarə edilməsinin təşkili, qoşunların kvartallaşdırılması, mənzil-məişət və tibbi təminat, o cümlədən Müdafiə Nazirliyinin obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmirinə cavabdeh olub.

“Kommersant”ın xəbərinə görə, Uvanov aprelin 24-də müvəqqəti saxlama təcridxanasına aparılıb, istintaq onun həbsi üçün məhkəməyə müraciət edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrandan başsağlığı
Qəza yerindən 4 nəfərin    meyiti     tapıldı
Selçuk Bayraktardan qəza ilə             bağlı         paylaşım

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi