Böyük Britaniyanın 2025-ci ildə Polşaya "Typhoon" döyüş təyyarələrini göndərməyi planlaşdırır.
OXU24.COM xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rişi Sunak məlumat verib.
O qeyd edib ki, sözügedən təyyarələr Hərbi Hava Qüvvələrinə məxsusdur.
Siyasətçi vurğulayıb ki, Britaniya Polşaya hava patrulunda dəstək vermək istəyir.
Sunak əlavə edib ki, ölkələr hava hücumundan müdafiənin əsas məsələsində birgə işləmək üçün bütün mümkün formatlarda əməkdaşlığı dərinləşdirəcəklər.
2023-cü ilin noyabrında Polşa Böyük Britaniya ilə NAREW hava hücumundan müdafiə proqramının növbəti mərhələsi üçün müqavilə bağlayıb. Varşava yerüstü hava hücumundan müdafiə sistemini təchiz etmək üçün müdafiə şirkəti MBDA ilə 4 milyard funt sterlinqdən çox dəyərində müqavilə imzalayıb.
Oxu24.com
ŞƏRHLƏR