Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106899
az

Bi-2 qrupunun bir neçə üzvü Moldova vətəndaşlığı istəyib

19:4923 Aprel, 2024
108
DÜNYA
  • A

Bi-2 qrupunun bir neçə üzvü və onların ailə üzvləri Moldova vətəndaşlığı üçün müraciət edib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Moldova prezidentinin mətbuat xidmətinin rəhbəri Adrian Balutel özünün Telegram kanalında danışıb.

 

"Bu gün Bi-2 qrupunun bir neçə üzvü və onların ailə üzvləri Moldova Respublikasının vətəndaşlığını almaq üçün sənədlər təqdim ediblər", - nəşr yazır.

 

Daha əvvəl Türkiyənin Kəmər şəhərində “Bi-2” tamaşasının ləğv edildiyi bildirilirdi. Bundan əvvəl musiqiçilər sosial şəbəkələrdə Dubaydakı çıxışlarının ləğv olunduğunu bəyan etmişdilər.

 

Xatırladaq ki, “Bi-2”*nin üzvləri yanvarın 25-də Tailandda saxlanılıb. Buna səbəb ölkədə iş icazəsi olmadan iki konsertin (yanvarın 22-də Pattayada və 24-də Phuketdə) keçirilməsi olub.

 

Ertəsi gün Tailand məhkəməsi həbs edilən musiqiçilərin hər birinin 95 dollar məbləğində cərimə ödəməsi barədə qərar çıxarıb. Məhkəmə musiqiçilərin Tailanddan deportasiya edilməsinə qərar verib.

 

* 2023-cü ilin yazında Rusiya Federasiyasının Ədliyyə Nazirliyi “Bi-2” qrupundan (Lev təxəllüsü ilə çıxış edən) rok musiqiçisi Yeqor Bortniki Rusiya Federasiyasındakı xarici agentlərin reyestrinə əlavə edilib.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksikada güclü zəlzələ oldu
Çin təyyarələri Tayvan yaxınlığında görünür
Amerika şirkətləri Rusiyada 1,2 milyard dollar ödəyib

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb