Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106898
az

Polşa müxalifəti ölkədə nüvə silahının yerləşdirilməsinə çağırıb

19:4723 Aprel, 2024
111
  • A

Polşanın ən böyük müxalifət partiyası Qanun və Ədalət (PiS) Varşavanın nüvə silahlarının birgə istifadəsi üçün NATO-nun Nüvə Paylaşımı proqramında iştirakını müdafiə edib.

 

Oxu24.com   xəbər  verir   ki, Bu sözləri jurnalistlərə açıqlamasında partiyanın parlament klubunun sədri, respublikanın keçmiş milli müdafiə naziri Mariuş Blaşçak deyib.

 

O qeyd edib ki, bu proqramda iştirak edən ölkələr ABŞ-a məxsus atom silahlarını daşıya bilər.

 

"İndi bizim təşəbbüsümüzə, Polşanın bu proqrama daxil olması lazım olduğunu bildirən Qanun və Ədalət təşəbbüsümüzə qayıtmağın vaxtıdır", - partiyanın X sosial şəbəkəsindəki səhifəsində deyilir.

 

Bundan əlavə, Blaşçak baş nazir Donald Tusku bu məsələni Varşavaya gələn NATO-nun baş katibi Yens Stoltenberqlə müzakirə etməyə çağırıb.

 

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-ın nüvə silahı Polşa ərazisində peyda olarsa, Rusiya buna cavab verəcək.

 

Bu halda söhbət Polşa prezidenti Andjey Duda ilə The Fakt-a müsahibəsindən gedir, orada prezident Varşavanın ölkədə Amerika nüvə silahlarını yerləşdirməyə hazır olduğunu bəyan edib.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu bəyanatı xəbər hesab etmədiyini vurğulayıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən bahalı metalı açıqlandı
ABŞ Trampın Qrenlandiyanı “ilhaq etmək” ideyasını yüksək qiymətləndirdi
Mask açıq şəkildə Trampın müttəfiqinə qarşı çıxış edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...