Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106884
az

Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ

18:2823 Aprel, 2024
66
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti 29 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edib.

 OXU24.COM  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
 
Qərara əsasən, bundan sonra himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənə qədər, lakin 23 yaşından çox olmamaqla) şəxslərin (ər-arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan birinin) əsas sığorta ödənişinin məbləği hər uşağa görə sığorta ödənişinin 5%-i məbləğində artırılacaq. İndiyə qədər artım ümumilikdə 20%-dən çox ola bilməzdi.
 
Bundan başqa, “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Qanuna uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra minimum sığorta ödənişi təyin edilir. Bu halda sığorta ödənişinin müddəti 3 ay təşkil edir və hər ay üçün bərabər məbləğdə ödənilir. Xatırladaq ki, indiyə qədər sığorta stajı azı 30 ay olmalı idi.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ