Ukraynada çağırışçı təlim mərkəzinə aparılarkən yolda ölüb.
Oxu24.com xəbər verir ki, bu barədə Zakarpat vilayətinin Hərbi Komissarlığından məlumat verilib.
“Faciə oldu. Təlim mərkəzinə gedərkən çağırışçı epilepsiya tutması keçirib. Müşayiət işçisi ilkin tibbi yardım göstərib və təcili yardım çağırıb, lakin həkimlər onu xilas edə bilməyiblər", - məlumatda deyilir.
Hadisədən sonra yoxlama təyin edilib, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verilib.
Oxu24.com
ŞƏRHLƏR