Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106855
az

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

13:5923 Aprel, 2024
128
İQTİSADİYYAT
  • A

2024-cü ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.


Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.


Gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 19,3 faizi Türkiyə, 10,3 faizi İran, 7,2 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla Türkmənistan və Küveyt, 1,4 faizi Ukrayna, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olub.


Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə, İspaniyadan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, İtaliyadan - 1,8 dəfə, Omandan - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İrandan - 1,6 dəfə, Türkmənistandan - 1,6 dəfə, İordaniyadan - 1,5 dəfə, Almaniyadan - 49,5 faiz, Özbəkistandan - 47,5 faiz, Küveytdən - 42,4 faiz, Yəməndən - 38,6 faiz, Polşadan - 37,7 faiz, ABŞ-dan - 32,1 faiz, Ukraynadan - 26,1 faiz, Fransadan - 25,7 faiz, Türkiyədən - 25,0 faiz, Pakistandan - 24,3 faiz, Rusiya Federasiyasından - 23,8 faiz, Misirdən - 22,5 faiz, Gürcüstandan - 19,3 faiz, Niderlanddan - 17,8 faiz, Böyük Britaniyadan - 14,2 faiz artıb.                                             


2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 18,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 91,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,0 faiz artaraq 198,3 min nəfər olub.


Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 faizi hava, 30,9 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.         


2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 31,7 faiz artaraq 472,3 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 40,6 faiz, Gürcüstana gedənlərin sayı 29,0 faiz, Türkiyəyə gedənlərin sayı 28,1 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 20,1 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 38,3 faizi Türkiyəyə, 20,8 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 8,6 faizi İrana, 22,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 67,2 faizini kişilər, 32,8 faizini qadınlar təşkil edib.


2024-cü ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 faizi hava, 30,3 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan      nefti         bahalaşdı
Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı
“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
İtkin düşən     3 nəfər       tapıldı