Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106854
az

Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər

13:4423 Aprel, 2024
145
  • A

“Bir növ siqaret çəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu, Azərbaycanda da geniş yayılmış siqaret çəkmə formasıdır. Bunlar buxarlanma yolu ilə ingiliscə “vape” adlanan birdəfəlik siqaretlərdir”.


Oxu24.com  xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin iclasında deyib.


“Araşdırmama görə, bu, gənclər arasında geniş yayılan, dəb, moda halını alan, amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq növdür. Əgər xanım sədr, siz də icazə versəydiniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu, qadağandır.


Azərbaycanda qadağan deyil və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəmizə idxal olunur. Əgər iqtisadi cəhətdən zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”, - deputat vurğulayıb. (Qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın      havası
Sabahın havası
Azərbaycan İrana xəbərdarlıq edib

Yeni ilə dəqiqələr qalmış niyə 12    üzüm     yedilər?

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
İşdən çıxmasını istəyən ərini      həbs     etdirdi