Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106853
az

“Narkotik artıq məktəblərə daxil olur”

13:2923 Aprel, 2024
101
CƏMİYYƏT
  • A

“Azərbaycanda narkotik vasitələrə qarşı qanunvericiliyin tələbləri sərtləşdirilsin. Gün ərzində mətbuata nəzər salanda görürük ki, hər gün 5-50 nəfər arası insan narkotik vasitələrlə bağlı məsuliyyətə cəlb olunur. Daşıyan və satan bu qədərdirsə, görün qəbul edənlərin sayı nə qədərdir”.

 

Oxu24.com xəbər verir ki, bu fikirləri Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib.

 

“Məsələni ciddi şəkildə kəskinləşdirməliyik. Müxtəlif narkotik maddələr artıq məktəblərə daxil olur. Narkotikdən müalicə olunmaq üçün kifayət qədər dispanser yoxdur. Bir dispanser var idi, onun da rəhbəri bu yaxınlarda korrupsiya ilə bağlı məsuliyyətə cəlb olundu.

 

Tez-tez eşidirik, deyirlər ki, “İran vətəndaşından almışam”. Bəs onlar kimdir, haradan gətirirlər onu?! Kimdir bu dövlətin övladlarını zəhərləyən?! Heç kim bundan sığortalanmayıb, problem hər kəsin qapısını döyə bilər. Əlimizdən gələn hər şeyi etməliyik ki, Azərbaycan uşaqlarının gələcəyinə ziyan vuran bu sistemi məhv edək”, - deyə deputat vurğulayıb. (qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
Azərbaycan elminə ağır itki baş verdi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb