Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106851
az

“İndi Paşinyan da bunu anlayır”

12:5123 Aprel, 2024
40
DÜNYA
  • A

“Hazırda bölgədə yeni nizam qurulur”.

 

Oxu24.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. 

 

“Reallıqla əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə zamanın həqiqətləri ilə hərəkət etmək həmişə daha yaxşıdır. İndi Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu anlayır”, - deyə Ərdoğan qeyd edib. 

 

Onun sözlərinə görə, hazırda real əsasda yeni yol xəritəsi yaratmaq zamanıdır: “Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı zülmətdən xilas olub, parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Fürsət qapıları sonsuzadək açıq qalmır. Ondan açıq qaldığı müddətcə yaxşı istifadə etmək lazımdır. Sadəcə diaspora deyil, bir çox təhrikedici dairələr bu prosesdə Ermənistana təsir etməyə çalışırlar. Biz bunların fərqindəyik və vaxtaşırı öz xəbərdarlıqlarımızı etmişik. Ümid edirəm, Ermənistan doğru yolu seçər və yeni bir dövr başlayar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hakim Trampdan susmağı xahiş edir
Kosmos tarixində nadir uçuş gözlənilir
İsrailin  müxalifət lideri Lapid İsrail hökumətini tənqid edib

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Bakıda dəhşətli anlar: Qadını maşın belə vurdu (18+)
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib