Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106844
az

Leo Nikolyan Ermənistana buraxılmayıb

12:0723 Aprel, 2024
79
DÜNYA
  • A

Fransada yaşayan erməniəsilli jurnalist Leo Nikolyanın Ermənistana girişinə qadağa qoyulub.

 

Oxu24.com xəbər verir ki, Nikolyan İrəvanın “Zvarnots” aeroportunda aclıq elan edib. 

 

“Mən Ermənistandan getməyəcəyəm, elə buradaca, “Zvarnots” aeroportunda pasport yoxlanışı bölməsində aclıq elan edirəm”, - deyə jurnalist qeyd edib.

 

O bildirib ki, onun Ermənistana girişinin qadağan olunması ilə bağlı özünə hər hansı məlumat verilməyib: “Ola bilsin Voskepardakı (Əskipara – red.) hadisələri işıqlandırdığıma görə belə bir qərar verilib. Mən Voskeparda olmuşam”.

 

Nikolyan, həmçinin 1991-94-cü illərdə Azərbaycanın Qarabağ bölgəsində yaşadığını və orada yaralandığını qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək