Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106828
az

Şəmkirdə mağazada yanğın baş verdi

10:1423 Aprel, 2024
105
CƏMİYYƏT
  • A

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik ticarət obyektlərində baş verdiyi və genişlənərək digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

 

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənib digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində vətəndaşlara məxsus ümumi sahəsi 40 kvadratmetr olan mağazanın içərisində olan mallar və digər mağazanın yanar konstruksiyaları və dam örtüyü 40 kvadratmetr sahədə yanıb.

 

Bitişik tikilən digər ticarət obyektləri yanğından mühafizə olunub.

 

Xəsarət alan yoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni təyinat
Qaz olmayacaq
Bakıda iki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Çində heyrətamiz yol

18+

Deputat turisti zorladı
Həyat yoldaşı ölən kişidən ürəkdağlayan sözlər:"Balam yetim qaldı" +VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Öd kisəsində daş olanlara “mandarin” olar?
“Kontakt Home” fəhlə müştərisini həbs etdirdi