Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106824
az

“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb

09:5023 Aprel, 2024
156
DÜNYA
  • A

Amerikanın "Forbes" jurnalı dünya milyarderlərinin illik reytinqini dərc edib. Reytinq siyahısı bəzi şərhlərlə müşayiət olunur, məsələn, onlardan biri böyük sərvətlərin haradan gəldiyi barədədir.

 OXU24.COM AZƏRTAC-a istinadən xəbər verir ki, "Forbes" jurnalının yazdığına görə, "istər birbaşa investisiyalar, istər hedcinq fondları, istərsə də vençur kapitalı olsun, maliyyə sektorunda işləmək dünyanın ən varlı insanlarını bu qədər sərvət sahibi edən ən məşhur üsuldur".

"Faktiki olaraq, təxminən hər altıncı milyarder və ya sayı 15 faizdən bir qədər çox olan varlılar pullarını maliyyə və investisiya sahəsində qazanıblar", məqalədə qeyd olunur.

Bundan əlavə, texnologiya da varlıların ən böyük "çörək ağaclarından" biridir. Jurnal yazır: "Texnologiya sahəsi 342 nəfəri milyarder edib - bu rəqəm keçən illə müqayisədə 29 nəfər çoxdur ki, bu da sözügedən sahəni milyarderlər arasında ikinci ən populyar sənayeyə çevirib". Bu kateqoriyadakı milyarderlər arasında Ceff Bezos və Mark Zükerberq də var (jurnal İlon Maskı avtomobil sənayesinə aid edib.

"Forbes"in məlumatına görə, istehsal biznesi də 328 milyarderə ağlasığmaz sərvət qazandırıb.

Nəhayət moda və pərakəndə satış 285 milyarderlə dördüncü yerdədir", - jurnal yazır. Bu siyahıya dünyanın ən varlı adamı, "Christian Dior", "Louis Vuitton" kimi lüks markaların sahibi fransız Bernard Arno rəhbərlik edir. Onun sərvətinin 210 milyard avrodan çox olduğu təxmin edilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ-dən Rusiya üzərində uçuşlarla bağlı SƏRT QƏRAR
5,8 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Rusiyada çörəkdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib