Azərbaycan Pakistanla “THUNDER JF-17 Block 2” qırıcılarının alınması və çatdırılması haqqında müqavilə imzalayıb.
Publika.aza istinaden Oxu24.com xəbər verir ki, bu haqda “news.am” saytına danışan erməni hərbi eksperti Van Ambartsumyan deyib.
“Mən deyə bilmirəm, onlar bu qırıcılardan nə qədər almağı planlaşdırırlar, amma Bakı qırıcıları artıq bu il almağı planlaşdırır. Faktiki olaraq, “THUNDER JF-17 Block 2” Çinin “FC-1 Xiaolong” qırıcısının təkmiləşdirilmiş və modernizasiya olunan versiyasıdır. Pakistan versiyası hava döyüşünün aparılması, yerüstü, yeraltı, və suüstü hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Əsas onun üstünlüklərindən biri də odur ki, o Rusiya rəqibindən (Rusiyanın “Su-30SM” qırıcılarından söhbət gedir –red.) əhəmiyyətli dərəcədə daha ucuz başa gəlir və döyüş xarakteristikaları üzrə ondan geri qalmır”, - ekspert izah edib.
Ambartsumyan qeyd edib ki, Pakistan təyyarəsinin döyüş xarakteristikaları əsasən Türkiyə istehsalı və daha müasir olan ASELPOD elektro-optik hədəfləmə sistemləri ilə təchiz edilməsi nəticəsində yüksəlir.
Qeyd edək ki, təyyarələrin gövdəsinin altına taxılan ASELPOD-un ağırlığı 240 kiloqram uzunluğu 235, eni isə 43 santimetrdir. ASELPOD çəkdiyi görüntüləri pilotun və ya operatorun önündəki ekrana göndərir. Podun ön hissəsində yüksək keyfiyyətli üçüncü nəsil FLİR kamera, 3-5 mikron dalğada çalışan detektorlar yer alır.
ASELPOD ehtiyac yarandıqda lazer işıqlandırmasını da həyyata keçirir. Sistem eyni zamanda 8-ə qədər hədəfi təqib etməyi bacarır. Maksimum mənzili 55 km olan ASELPOD 25 km-də lazerlə hədəfi işarələyə bilir.
Ötən ay Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, İrəvan 2019-cu ilin sonu, 2020-ci ilin başlanğıcında 4 ədəd "Su-30SM” Rusiya qırıcısı almağı planlaşdırır. Erməni nazirin sözlərinə görə, İrəvan bu təyyarələrdən 12 ədəd almaq istəyir.
Oxu24.com
ŞƏRHLƏR