Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106797
az

Bir çox ölkənin imtina etdiyi Rusiyanın "Mir" kartları İranda işləyəcək

22:1022 Aprel, 2024
96
DÜNYA
  • A

İranda Rusiyanın “Mir” kartının qəbulu üzrə pilot layihənin həyata keçirilməsinə hazırlıq gedir.

OXU24.COM xəbər verir ki, bunu İranın Rusiyadakı səfirliyinin ticarət attaşesi Möhsün Rəhimi bildirib.

“Azad İran” “Telegram” kanalının yaydığı məlumata görə, daha əvvəl İranın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri də məsələ ilə bağlı danışıb.

“Rusiyanın “Mir” kredit kartının İranda istifadəsinə qərar verilib və məncə, tezliklə aktivləşdiriləcək”, - deyə o bildirib.

Qeyd olunub ki, layihənin yayın sonu, payızın əvvəlində başlaması gözlənilir.

Xatırladaq ki, Türkiyə, Ermənistan və Qırğızıstan bankları Rusiyanın “Mir” ödəniş kartları ilə bütün əməliyyatları dayandırıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə Ukrayna, nə də Rusiya danışıqlara hazırdır - Ağ Ev
İran Ermənistana qoşun yeridəcək? -VİDEO
BMT Putinlə Trampın mümkün görüşündə maraqlıdır

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib