Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10677
az

Gülnarə Kərimovanın intihar xəbəri yayıldı – Rəsmi açıqlama

17:2808 Mart, 2019
786
DÜNYA
  • A
 Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülməsindən sonra intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Oxu24.com xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğundan açıqlama verilib.

“Heç bir intihar, ya da intihar cəhdi, o cümlədən cinayət hadisəsi baş verməyib. Gülnarə Kərimova təyin olunmuş qaydada cəza çəkir. Bütün bunlar rezonans doğuran hadisə ətrafında növbəti şayiələrdir”, – Baş Prokurorluqdan bildirilib.

Qeyd edək ki, G.Kərimova 2 gün öncə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülüb. Onun həbsxanada intihar etdiyi barədə məlumat az öncə yayılmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...
Maşını kütlənin üzərinə sürərək 35 nəfəri öldürən şəxsə bu cəza verildi
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ