Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106747
az

Müdirə salam vermədi, işdən qovuldu – Azərbaycanda ilginc hadisə

16:3822 Aprel, 2024
256
MARAQLI
  • A

Azərbaycanda müdir işçisini ona salam vermədiyinə görə işdən qovub.

 

Oxu24.com xəbər verir ki, bu barədə vətəndaş Nazlı Ağayeva sosial şəbəkədə məlumat verib.

 

Nazlı Ağayevanın sözlərinə görə, həmin şəxs işə çıxdığı günün səhərisi şirkət rəhbərinin yanından keçib, lakin tanımadığı üçün ona salam verməyib:

 

“Bunu bilən müdir müavini işçini otağına çağırıb və danlayıb. Deyib ki, daha gözümə görünmə. Bu hadisədən iki gün sonra onu uydyrma bəhanə ilə işdən qovublar”.

 

Ümumiyyətlə, bu məsələ qanunvericilikdə necə tənzimlənir? Vəkil Əkrəm Həsənov qanunvericilikdə belə bir qaydanın olmadığını bildirib:

 

“Hər bir şirkətin etik, davranış kodeksi ola bilər. Təbii ki, burada söhbət bilə-bilə baş verən pozuntudan gedir. Axı bu gənc etik kodeksi bilə-bilə pozmayıb, bilməyib nəsə edibsə, burada problem olmamalıdır. Hər bir halda bu, işdən qovulmaq üçün əsas deyil”.

 

Əkrəm Həsənov vətəndaşın məhkəməyə müraciət etməsinin vacibliyini qeyd edib:

 

“Məsələnin başqa tərəfi həmin şəxsin işdən hansı səbəbdən qovulmasıdır. Başqa əsas nədir? Doğrudan da həmin əsas varmı? Bir ay müddətinə həmin şəxs məhkəməyə müraciət edə bilər”. (oxu24.com)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir
Soğanı necə düzgün saxlamaq olar?
Dünyada bu qəribə yer Çində yerləşir — VİDEO

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Bədəni xərçəngdən qorumağın təbii ÜSULLARI
“Oleq Bakinski” haqda- Yeni qərar