Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106739
az

Metroda çəkilən görüntülərlə bağlı açıqlama - Video

14:2522 Aprel, 2024
92
CƏMİYYƏT
  • A

“Bakı Metropoliteni”nin Həzi Aslanov stansiyasında qatar xətlərinin üzərinə su axması ilə bağlı görüntülər yayılıb.

 

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə stansiyanın tavanından suyun sızaraq relslərin üzərinə və ətrafına axdığı bəlli olur.

 

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirdi ki, “Həzi Aslanov” stansiyasının xidməti otaqlarından birində su xətti borusu zədələnib: “Dərhal stansiyaya daxil olan əsas su xətti bağlanıb. Suyun tavan hissədən stansiya yoluna sızması nəticəsində sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyinə xələl gəlməyib.

 

Qatarlar hərəkət qrafikinə uyğun intervallar saxlanılmaqla hərəkət edib. Qısa müddətdə yaranmış problem aradan qaldırılıb və suyun verilməsi bərpa olunub”.

 

Oxu.az-a istinadən sözügedən görüntüləri təqdim edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah iki rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
Prezidentin təklifi ilə bu xanım Baş nazir TƏYİN EDİLDİ -FOTO
Bu gün 18 avtomobil SU QİYMƏTİNƏ SATILDI

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur