Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106731
az

Sabah bəzi yerlərdə yağış yağacaq

12:5622 Aprel, 2024
165
CƏMİYYƏT
  • A

Aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-60 % olacaq.

 

Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni təyinat
Qaz olmayacaq
Bakıda iki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Çində heyrətamiz yol

18+

Deputat turisti zorladı
Həyat yoldaşı ölən kişidən ürəkdağlayan sözlər:"Balam yetim qaldı" +VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Öd kisəsində daş olanlara “mandarin” olar?
“Kontakt Home” fəhlə müştərisini həbs etdirdi