Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106728
az

Türkiyədən gətirilən malların ucuzlaşması gözlənilir

12:3022 Aprel, 2024
95
İQTİSADİYYAT
  • A

"Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Milli Məclisin profil komitələrində müzakirə edilən bu layihənin sabah plenar iclasda qəbul olunacağı gözlənilir".

 

Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2023-cü ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 faiz artaraq 7.6 milyard dollara çatıb:

 

"Yeni anlaşma qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından vacib hesab edilir. Ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəflənir. Bütövlükdə, son dövrlər imzalanan anlaşmalar iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə müsbət təsir göstərir. Azərbaycanın qeyri-neft ixracatının 25 faizi məhz qardaş dövlətin payına düşür. Türkiyə həm ümumi ticarət dövriyyəsində, həm də qeyri-enerji ixracatında Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.

 

İkiqat vergitutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər. Türkiyədən illik idxalımızın həcmi 2 milyard 291 milyon dollardır. İdxalın strukturunda yüngül sənaye, xüsusən də geyim məhsulları və qida malları xüsusi paya malikdir. Bu baxımdan, yaxın dövrlərdə Azərbaycanda Türkiyədən gətirilən malların ucuzulaşması mümkün ola bilər. İqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rubl bahalaşdı
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO
İƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi- Fotolar

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
İki nəfər öldü