Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106725
az

"Neftçi"nin qadın futbolçusu 1 oyunda 38 qol vurdu

12:1622 Aprel, 2024
182
İDMAN
  • A

“Əlimə düşən bəzi fürsətləri dəyərləndirə bilsəydim, daha çox qol vura bilərdim”.


Oxu24.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin qadın futbolçulardan ibarət komandasının üzvü Aysun Seydiyeva Yüksək Qızlar Liqasının XV turunda səfərdə Ağcabədinin "Olimpiya" komandasına 41 cavabsız qolla qalib gəldikləri oyun barədə danışarkən deyib.


Həmin qarşılaşmada rəqib qapısından 38 top keçirən yarımmüdafiəmi bu qədər qol vurduğu üçün xoşbəxt olduğunu bildirib: "Əlbəttə, bu cür hissləri yaşamaq xoşdur. Mövsümü bombardir kimi bitirmək istəyirəm. Komanda yoldaşlarım son matçda çox kömək etdilər. Demək olar ki, bütün ötürmələr mənə gəlirdi. Təəssüf ki, bəzilərini dəyərləndirə bilmədim".


27 yaşlı oyunçu böyükhesablı qələbədə rəqibin zəif olmasını da əsas səbəblərdən biri olaraq göstərib: "Düşünürəm ki, rəqib və liqanın səviyyəsi güclü olsaydı, bunu reallaşdırmaq çətin olardı".


Qeyd edək ki, çempionatda 11 oyun keçirən "Neftçi" hazırda 30 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 39 xalla "Sumqayıt" başçılıq edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tulin Ələkbərova: "Özümü öldürmə dərəcəsinə çatmışam"
"Barselona"nın vitse-prezidenti     istefa   verdi
AFFA-nın yeni inkişaf     strategiyası     açıqlandı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib