Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106723
az

Sağlam yaşamaq üçün stress səviyyənizi azaltmalısınız

12:0422 Aprel, 2024
145
  • A

"Ən uzunömürlü insanlar idman zallarına getmirlər, onlar daha çox gəzirlər, sağlam həyat tərzi keçirirlər". 

 

Oxu24.com xəbər verir ki, bunu rusiyalı endokrinoloq Zuxra Pavlova deyib.

 

Onun sözlərinə görə, daha uzun və sağlam yaşamaq üçün stress səviyyənizi azaltmalısınız.

 

"Stress bir çox xəstəliklərlə əlaqəli olan xroniki iltihaba səbəb olur. Yemək zamanı süfrədən azacıq aclıq hissi ilə qalxmalı və həddindən artıq yeməməlisiniz". 

 

Mütəxəssis qida rasionuna daha çox bitki mənşəli zülal daxil etməyə çağırıb: lobya, soya və mərcimək.

 

"Bu, yüzilliklərin pəhrizinin mühüm tərkib hissəsidir. Ayda beş dəfədən çox olmayaraq ət yeməməliyik". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyamız haqqında 25 qısa fakt
Dinozavr ayaq izləri tapılıb
Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO