Şəmkir rayonunun Sabirkənd kəndinin sakinləri ötən ilin noyabr ayında əkdikləri kartofun yığımına başlayıblar.
Oxu24.com bildirir ki, bir sota 1 ton məhsul verən bu bitki istixana şəraitində yetişdirilir.
Kəndlilər bu məhsulu yerli toxumlardan istifadə etməklə yalnız xarici bazar üçün becərirlər. Satış qiymətləri isə fermerləri qane edir. Təsərrüfat sahibləri bir kiloqram kartofu yerində 3 manata satırlar.
Bu kartofların becərilməsində kimyəvi preparatlardan istifadə edilmir. İstixanada uyğun temperatur yaradılaraq damcı üsulu ilə suvarma həyata keçirilir. Növbəti ilin noyabrınadək kartofun yerində pamidor və xiyar əkilir.
Təsərrüfat sahibləri gələcəkdə istixananların ərazisini genişləndirmək niyyətindədir. Oxu24.com
ŞƏRHLƏR