Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106667
az

ABŞ-da  hərbi yardıma görə narazılıqlar yaranıb

11:1921 Aprel, 2024
83
DÜNYA
  • A

Viskonsin ştatından respublikaçı senator Ron Conson ABŞ Nümayəndələr Palatasını Ukrayna, İsrail və Tayvana xarici yardım haqqında qanun layihəsini qəbul etdiyinə görə tənqid edib.

 

Onun  sözlərinə   görə  Vaşinqton  bu yolla Vaşinqton özündə olmayan pulları xərcləyir və “uşaqların gələcəyini” oğurlayır.

 

Oxu24.com  xəbər  verir   ki,   bu  barədə  The Hill nəşri məlumat yayıb.

 

“Biz 100 milyard dollardan çox pulla uşaqlarımızın gələcəyini girov qoymağa və talan etməyə davam edəcəyik. Biz müdafiəyə təqribən 900 milyard dollar xərcləyirik, lakin hər dəfə müdafiə ilə bağlı bir iş görüləndə, görünür ki, daha çox iş görməliyik”, - Conson bildirib.

 

Onun sözlərinə görə, əksər amerikalılar inanır ki, Birləşmiş Ştatlar “övladlarımızın gələcəyi üçün əlimizdə olmayan 100 milyard dolları başqa insanlara öz sərhədlərinin təhlükəsizliyinə kömək etmək üçün” xərcləməzdən əvvəl ilk növbədə öz sərhədlərini təmin etməlidir.

 

Aprelin 20-də ABŞ Konqresinin aşağı palatası Ukraynaya yeni hərbi yardım paketinin verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Söhbət Kiyevi dəstəkləmək üçün az qala 61 milyard dolların ayrılmasından gedir.

 

Aprelin 23-də ABŞ Senatının sənədə səs verəcəyi gözlənilir. Ölkə parlamentinin yuxarı palatasındakı Demokratlar Partiyasının lideri Çak Şumerin dediyi kimi, o və həmkarları “lazımi addımı” atmağa hazırdırlar.

 

Bundan əvvəl sahibkar İlon Mask Ukraynaya yeni yardım paketi haqqında qanun layihəsinin qəbulunu tənqid edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada güclü yanğın başladı - VİDEO
ABŞ mediasından Rəsinin qəzası ilə bağlı maraqlı detal
TƏCİLİ! İranın dövlət televiziyası rəsmi məlumat yaydı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb