Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106657
az

\"Camal LTD\" işçi axtarır - MAAŞ 2500-3000 MANAT

23:5920 Aprel, 2024
319
  • A

Camal LTD

Baş mühasib
Son tarix 20 may 2024 - [email protected]

Namizədə olan tələblər: 
Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür); 
Baş mühasib olaraq ən az 5 il iş təcrübəsi;
İstehsalat sahəsi üzrə 3 il iş təcrübəsi
Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə;
Peşəkar mühasib sertifikatının olması vacibdir;
MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
1C (8.3 ERP)  proqramını yüksək səviyyədə bilmək;
Məsuliyyətli, diqqətcil, komandada işləmə bacarığı. 
Vəzifə öhdəlikləri:  
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsini, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünü və səlisliyini təmin etmək;
1C ,  proqramında dövrün bağlanması əməliyyatlarının zamanında və düzgün icrasını təmin etmək (iş və xidmətlərin maya dəyərinin hesablanması, xərclərin və gəlirlərin bağlanması, amortizasiyanın hesablanması və s.);
Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
Müqavilələrin, təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək.
İş şərtlərimiz:
Əmək haqqı: 2500 - 3000 AZN; 
İş qrafiki:  (6 gün);
İş yeri: Binəqədi rayonu, Sulutəpi qəsəbəsi
Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu