Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106646
az

“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”

18:4420 Aprel, 2024
290
SİYASƏT
  • A

“Müxalif siyasi qüvvələr bu qərardan hakimiyyətə qarşı əlavə divident almağa çalışır, amma ictimai dəstək qazana bilmirlər. Ona görə də prosesə mane ola bilməyəcəklər...”
 

Xəbər verildiyi kimi,  2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar bir sıra məsələlər üzrə razılığa gəliblər. Onlardan biri də Qazax rayonunun işğalda olan kəndlərindən 4-nün geri qaytarılması üzrə olub. Yəni həmin 4 kəndin yaxın müddətdə Azərbaycana qaytarılması üçün razılıq əldə olunub. Lakin dünən axşamdan həmin kəndlərdə və onlara yaxın digər kəndlərdə məskunlaşmış erməni sakinlər buna etiraz edir, yolları kəsirlər. Dünən gecə İrəvanın mərkəzi meydanında da bununla bağlı kiçik də olsa, etiraz aksiyası keçirilib. Görəsən, Paşinyan hakimiyyəti bütün bu etirazlara rəğmən bəhs edilən kəndlərin de-yure və de-fakto qaytarılmasına nail ola biləcəkmi?..
 
Azad Vətən partiyasının sədri Akif Nağı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
 
“Paşinyan Qazax rayonunun işğal altındakı məlum kəndlərinin Azərbaycana qaytarılması üçün xeyli vaxtdır ki, ictimai rəyi hazlrlamağa çalışır. Həm yaxın kəndlərin əhalisi ilə söhbətlər apardı, həm də ictimai-siyasi dairələri bu qərarın vacibliyinə inandırmaq üçün addımlar atdı. Paşinyan başa düşür ki,  sülh müqaviləsi imzalamadan irəli getmək mümkün olmayacaq. Sülh müqaviləsi yolunda isə ən mühüm mərhələ kəndlərin geri qaytarılması ilə bağlıdır. Ona görə də o, bu addıma getməli idi. Bir müddət əvvəl gedən məlumatlara görə, Azərbaycan  artıq həmin kəndlərə bu və ya digər formada nəzarəti təşkil etmişdi. Paşinyan həm də reallıqla hesablaşaraq bu qərarı vermək məcburiyyətində qaldı...
 
Yeri gəlmişkən, onu da deyim ki, ermənilərin "Voskepar" dedikləri əslində Orta Əskipara kəndidir. Əskipara bütöv kənd olub. Sovet dövründə ermənilər Moskvanın himayəsi ilə həmin kəndin mərkəzi hissəsinə yerləşib və adını “Voskepar” qoyaraq mənimsəyiblər; buradan da bizim eyni kəndin digər hissələrinə verdiyimiz  Yuxarı və Aşağı Əskipara adlarımız yaranıb. İndi ermənilər özlərinin bu "çoxbilmişliyi" ucbatından iki yerə bölünmüş kəndimizin arasında qalıb yaşamağın "ləzzəti"ni görmək məcburiyyətindədirlər. Vəziyyətlərini başa düşür və etiraz etməyə cəhd göstərirlər. Lakin bu etirazların Paşinyan hökumətinin  məlum 4 kənd haqqında qərarını dəyişdirməsi mümkün deyil. Digər tərəfdən, müxalif siyasi qüvvələr bu qərardan hakimiyyətə qarşı əlavə divident almağa çalışır, amma ictimai dəstək qazana bilmirlər. Ona görə də prosesə mane ola bilməyəcəklər. Paşinyan bu qərarı ilə Azərbaycanın “Yol Xəritəsi”nə əməl etmək niyyətini göstərib və geri çəkilmək imkanı da yoxdur, Azərbaycanla birlikdə irəliyə, Zəngəzur dəhlizinə doğru yürümək zorundadır...”
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
Bayramov özbəkistanlı həmkarı ilə vacib məsələləri müzakirə etdi
İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi