Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106635
az

Prokurorluq dəhşətli hadisə ilə bağlı AÇIQLAMA YAYDI

12:5320 Aprel, 2024
151
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Oxu24.com   xəbər verir ki, bu barədə Sabunçu rayon Prokurorluğu məlumat yayıb.

 

Məlumatda bildirilib ki, aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Salamzadənin almış olduğu kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qeyd olunub ki, araşdırmalarla 1985-ci il təvəllüdlü Elşən Məmmədovun rayonun Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Deputat təyyarə biletlərinin bahalığından danışdı - VİDEO
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı:İyulun 17-də...
Rubl neçəyədir?

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur