Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106614
az

Qazancımızın çoxunu niyə ərzaq məhsullarına xərcləyirik? - Ekspert

22:3219 Aprel, 2024
186
CƏMİYYƏT
  • A

"Azərbaycanda insanların önəmli hissəsi bir qarın yemək üçün bütün günü işləyir". 

Bunu açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov əhalinin gəlirlərinin daha çox ərzaq məhsullarına xərcləndiyi ilə bağlı statistikadan danışarkən deyib. 

Ekspertin sözlərinə görə, son ilin göstəricilərinə əsasən əldə olunan vəsaitlərin 50%-dən çoxu ərzaq məhsullarına sərf olunur:

"Bu rəqəm niyə artıb? Ona görə ki, ərzaq məhsullarının qiyməti Azərbaycanda arta-arta gedir. Digər ölkələrlə müqayisədə Azərbaycanda məhsullar çox bahadır. Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistanla müqayisədə Azərbaycan əhalisi ərzaq məhsulları üçün daha çox vəsait xərcləməli olurlar. Bəzi məhsullar üçün 2-3 dəfə, ümumilikdə isə 30-40% vəsait xərcləyirlər, hər şeyi baha-baha qiymətə alırlar. Ərzaq məhsullarının qiyməti hər gün artır. Problem ondadır ki, ərzaq məhsullarının qiyməti normal səviyyəyə düşməsi ilə bağlı hər hansı bir addım atılmır".

 

 

Vahid Məhərrəmov hər bir insanın başqa xərclərinin olduğunu da qeyd edib:

"Azərbaycanda bir ənənə var, ay ərzində bir və iki dəfə toy olur. Vətəndaşların əksəriyyəti aldığı aylıq maaşını həmin toy üçün xərcləyir. Heç kəs də buna fikir vermir. Başqa ölkələrdə bu məsələ hökumət tərəfindən nəzarətdə saxlanılır. Onlar çalışırlar ki, əhali daha çox istirahət, sağlamlığı üçün maliyyə toplaya bilsin. Bu qədər vəsait xərcləyən vətəndaş  düşünə bilərmi? Onun avtomobil almaq arzusu var, bundan başqa kirayədə yaşayanları da düşünmək lazımdır. İnsan yalnız qarnına, boğazına işləməməlidir. İnsan kimi yaşamalıdırlar, digər xərclərini də qarşılamalıdırlar. Əhali qazancının 51 faizini qidaya xərcləməklə özünün yalnız beynəlxalq normaya uyğun olaraq ərzaqla təminatının 50%-i ödəyə bilir. Yəni əhali əldə etdiyi 51% vəsaiti xərcləyir ki, özünü ərzaqla təmin edə bilsin".

Vahid Məhərrəmov əhalinin normal qidalana bilməməsini xüsusi vurğulayıb:

"Bu gün ətlə təminat 38%, balıq 30%, süd 50%, yumurta 60%-dir. Ən yüksək kalorili məhsul ət və ət məhsullarıdır. Əgər biz əhalini ətlə yalnız 38 faizlə təmin edə biliriksə, deməli, qonşu ölkələrdən geridə qalırıq".

Qeyd edək ki, statistikaya əsasən, bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib. Bütövlükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon  manat olub. Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda keçirilən toy gündəm oldu: Bəy görün nə etdi -VİDEO
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi -FOTO
Rusiyadakı azərbaycanlıların NƏZƏRİNƏ! - Xüsusi vəsiqələrlə...

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO