Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106613
az

ABŞ və Qərbin açdığı “ikinci cəbhə”də də SAVAŞ BAŞLADI: Rusiya Ermənistanı “qaz bombası” ilə TƏHDİD EDİR

22:2219 Aprel, 2024
161
SİYASƏT
  • A

Kreml Ermənistanı hansı “silahlar”la vuracağını artıq dolayısı eyhamlar üzərindən Paşinyan hakimiyyətinə anlatmağa çalışır… Rusiya iqtisadi faktorları, xüsusilə də, enerji resurslarını Ermənistana qarşı əsas “zərbə silahı”na çevirmək niyyətini biruzə verir…

Rusiyanın Cənubi Qafqazda geopolitik mövqeləri ciddi şəkildə zəifləməkdə davam edir. Belə ki, Kreml Ermənistana təsir mexanizmlərinə nəzarəti sürətlə itirməkdədir. Yəni, Ermənistanın Rusiyaya hərbi-siyasi xəyanəti artıq həlledici mərhələyə keçib. Xüsusilə də, Brüssel ortaq konfransından sonra rəsmi İrəvan Rusiyadan tamamilə uzaqlaşmaq hədəfini qətiləşdirib. Və bu, Ermənistanın Rusiya ilə strateji müttəfiqlik “körpülər”ini birdəfəlik uçurtmaq niyyətinin ciddi olmasından xəbər verir.

Məsələ ondadır ki, məhz Brüssel ortaq konfransında ABŞ, Avropa Birliyi və Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı “ikinci cəbhə” açıldığını təsdiqləmiş oldular. Rəsmi İrəvana Rusiya hərbi bazalarının Ermənistandan ən qısa müddətdə çıxarılması sifariş edildi. Baş nazir Nikol Paşinyan da Brüsseldə bu barədə prinsipial öhdəlik götürmüş oldu. Və indi Kremlin verəcəyi reaksiya Rusiyanın Ermənistandakı mövcudluğunun gələcək taleyini həll edə bilər.

Onu da qeyd etmək lazımdır ki, Kremldə situasiyanın ciddi olduğunu artıq qəbul etməyə başlayıblar. Hər halda, Rusiya siyasi dairələri son vaxtlar Paşinyan hakimiyyətinə qarşı ittihamları intensivləşdirməyə üstünlük verir. Üstəlik, Kreml rəsmi İrəvandan Ermənistanın davranışları ilə bağlı hesabat da tələb edir. Və bu, Kremlin rəsmi İrəvanla qarşıdurmasının artıq sərt gərginlik mərhələsinə keçdiyini göstərir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı
Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Qazaxda evdə yanğın -VİDEO