Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106606
az

İcma: “G7-nin ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir”

21:4019 Aprel, 2024
158
SİYASƏT
  • A

“Yeddilər qrupu” (G7) ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin 17-19 aprelin 2024-cü il tarixlərində İtaliyanın Kapri adasında keçirilmiş görüşünün yekununda verilmiş bəyanatda “qaçqınların” qayıdış hüququnun təmin edilməsi ilə bağlı Azərbaycana çağırış edilsə də, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi ilə bağlı bu ölkəyə oxşar çağırış edilməyib.

OXU24.COM  xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

“Bu, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə etnik və dini əsasda ayrı-seçkilikdir. Qərbi Azərbaycan İcması G7-də təmsil olunan bütün dövlətlərə, eləcə də Avropa İttifaqına azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməsi ilə bağlı dəfələrlə müraciətlər edib. Belə olan təqdirdə, G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur.

Qərbi Azərbaycan İcması G7 dövlətlərini etnik və dini mənşəyindən asılı olmayaraq, bütün insanların hüquq və ləyaqətlərinin bərabərliyi prinsipinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verməməyə və onların qayıdış hüququna hörmət etməyə çağırır”, - bəyanatda vurğulanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə ABŞ-a xəbərdarlıq etdi
Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ -"S-400"lərin taleyi ilə bağlı YENİLİK
SON DƏQİQƏ: İsrail "Hizbullah"la anlaşdı -Səhər saat 10:00-da...

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı