Martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirakı nəzərdə tutulan 46741 nəfərdən 485 nəfər imtahana gəlməyib.
Bu barədə OXU24.COM a DİM-dən məlumat verilib.
Bildirilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 6 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısını təqdim edirik:
1. Tağıyev Hüseyn Vüqar oğlu, Bakı şəhəri, Bakı Türk liseyi, Türkiyə Dəyanət Vəqfi
2. Əliyev Emil Ceyhun oğlu, Gəncə şəhəri, Şəhər fizika-riyaziyyat və informatika təmayüllü lisey
3. Bəşirli Yunis Musa oğlu, Bakı şəhəri, Bakı Türk liseyi, Türkiyə Dəyanət Vəqfi
4. Rəsulova Əsmər Elşən qızı, Kəlbəcər rayonu, 22 saylı orta məktəb
5. Abasova Selcan Elnur qızı, Bakı şəhəri, Bakı Avropa Liseyi
6. Nəsibova Məhəbbət Emin qızı, Bakı şəhəri, İ.Əfəndiyev adına “Elitar” gimnaziya
Oxu24.com
ŞƏRHLƏR