Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106595
az

Azərbaycanla Qazaxıstan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

20:3919 Aprel, 2024
40
CƏMİYYƏT
  • A

19 aprel 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

 

OXU24.COM xəbər verir ki, bu barədə Xarici İşlər nazirliyi məlumat yayıb.

 

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Qazaxıstan nümayəndə heyətinə isə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Akatayev Bauırjan rəhbərlik edib.

 

Görüşdə həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın və Dövlət Miqrasiya Xidmətinin, Qazaxıstan tərəfindən isə Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya Komitəsinin və Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsi rəsmiləri iştirak edib.

 

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Qazaxıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə müzakirələr aparılıb.

 

Məsləhətləşmələr çərçivəsində tərəflər həmçinin Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsini vurğulayıblar.

 

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü