Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106575
az

BVF sanksiyalar qarşısında Rusiya iqtisadiyyatının sabitliyini qiymətləndirib

18:3119 Aprel, 2024
129
  • A

Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamenti müəyyən edib ki, Rusiya iqtisadiyyatı son iki ildə irimiqyaslı sanksiyalara davamlılıq nümayiş etdirib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə TASS məlumat yayıb.

 

“Son iki il ərzində bir sıra ölkələrin tətbiq etdiyi genişmiqyaslı sanksiyalar qarşısında Rusiya iqtisadiyyatı dayanıqlılığını sübut etdi”, mətndə deyilir.

 

Qeyd olunur ki, Rusiya neft sənayesinə tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, Rusiya neftinin ixracının həcmləri sabit qalıb.

 

O da vurğulanır ki, sanksiyalar Rusiya iqtisadiyyatının yenidən strukturlaşdırılması zərurətinə səbəb olub - xüsusən də idxal olunan mallar yerli mallarla əvəzlənib.

 

BVF, həmçinin ölkədə yüksək kredit artımı templəri və rekord səviyyədə aşağı işsizlik ilə əlaqəli şəxsi istehlak artımını qeyd edib.

 

Bu yaxınlarda Bloomberg analitikləri Çindən Rusiyaya mal ixracının azaldığını qeyd ediblər. Ötən ayın sonunda bu istiqamətdə tədarükün həcmi 16% azalıb.

 

Bu rəqəm 2022-ci ilin ortalarından bəri ilk dəfə azalıb. Bu dinamikaya səbəb Çin banklarının ABŞ-ın ikinci dərəcəli sanksiyaları riski ilə əlaqədar Rusiya Federasiyası ilə hesablaşmaları həyata keçirməkdən kütləvi şəkildə imtina etməyə başlamasıdır.

 

Bundan əvvəl ABŞ-ın Rusiya Federasiyası ilə əməkdaşlıq etdiyi üçün xarici bankları təhdid etməyə başladığı bildirilirdi.

 

Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maaş və pensiya artımlarınə zaman veriləcək?
Qızıl və    gümüş   bahalaşdı
Qrivnanın məzənnəsi tarixi minimuma çatıb

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda maşın piyadanı   vurub  öldürdü