Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Avropa Ukraynaya kömək üçün 143 milyard avro (152 milyard dollar) xərcləyib.
Oxu24.com xəbər verir ki, o, bu yolla ABŞ-ın keçmiş prezidenti Donald Trampın Kiyevi Aİ ölkələri tərəfindən kifayət qədər maliyyələşdirməməsi ilə bağlı daha əvvəl iradlarına cavab verib.
“Rəqəmlər özləri üçün danışır. Avropanın Ukraynaya yardımı - 143 milyard avro”, - Mişel yazıb.
Aprelin 19-da ABŞ-ın keçmiş prezidenti Donald Tramp Aİ ölkələrini Ukraynaya yardıma ABŞ-dan daha az xərcləmələrinə görə tənqid edib.
Onun fikrincə, Vaşinqton Kiyevə Avropadan 100 milyard dollar çox pul verib.
Tramp Avropa İttifaqını “hərəkətə” çağırıb və maraqlanıb ki, niyə Aİ Kiyevə yatırılan vəsaitin həcminə uyğun gələ bilmir.
Aprelin 18-də Nümayəndələr Palatası ABŞ-ın İsrail və Hind-Sakit okean regionu, eləcə də Ukraynadakı müttəfiqlərinə 95 milyard dollarlıq yeni yardım paketi üçün qanun layihəsi təqdim edib.
Paket üç hissəyə bölünüb, hər biri bu həftə sonu ayrıca səsə qoyulacaq. Konqresmenlər Ukraynaya və 300 km-ə qədər mənzilli ATACMS raketlərinə 61 milyard dollar ayırmağı təklif ediblər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR