Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106558
az

“Qarabağda geniş audit tədbirləri həyata keçirilir”

16:3919 Aprel, 2024
124
QARABAĞ
  • A

“Heç şübhəsiz, biz fərqindəyik ki, büdcə vəsaitələrinin şəffaf və təyinatlı, ünvanlı xərclənməsinin daha da təkmilləşdirilməsi ilə yanaşı, hələ də təəssüf ki, məsələn, qalib ordu üzərində Müdafiə Nazirliyində baş verən, o cümlədən, digər qurumlarda yol verilən pozuntulara qarşı Palata tərəfindən görülən tədbirlər həm də Milli Məclisin siyasi çəkisini, xalq qarşısında mövqeyini gücləndirir və dövlətimizin möhkəmlənməsinə xidmət edir”.

 

Oxu24.com xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.


Deputat qeyd edib ki, şəffaflıq və hesabatlılıq üçün vahid büdcə siyasətinin həyata keçirilməsi o qədər də asan deyil: “Qarabağa Böyük Qayıdış proqramına yönələn 12 milyardlıq vəsaitin şəffaf xərclənməsi ətrafında sosial mediada çoxlu spekulyasiyalar var. Lakin hamı nəzərə almalıdır ki, son 4 ildə dövlətin həmin bölgələrdə həyata keçirdiyi tədbirlər-məsələn, Zod yatağı ətrafında infransrukturdan yeni qazandığımız sərhədlərə qədər müvafiq hərbi-silahlı qüvvələrin yerləşdirilməsi və nəhayət, Laçında buraxalış məntəqəsi də daxil, əgər “Dövlət satılanalmaları” haqda qanunun tələbləri gözlənilsəydi, onda Qarabağda hazırki bütövlüyümüz təmin olunmazdı, çünki orada görülən quruculuq və inşaat işləri zaman gözləmir, digər tərəfdən onlar da  hərbi-təhlükəsizlik məqsədlərimizə xidmət edir. Yəni, bir mənbədən satınalma üzrə vəsaitlərin Qarabağda xüsusi olaraq, əvvəlki illərdə xərclənməsi əsla onların maliyyə auditindən, uyğunluq, yaxud səmərəlilik üzrə yoxlamalardan kənarda qalması demək deyil. Artıq bütün azad torpaqlarda görülən işlər dövlət satınalmaları üzrə yeni qanuna uyğun aparılır, digər tərəfdən bizdə olan məlumata görə Palata Qarabağda bir sıra investisiya layihələri ilə geniş audit tədbirini həyata keçirir. Ümidvarıq ki, hər bir iş adamı azad torpaqları müqəddəs məkan kimi qəbul edib yüksək biznes əxlaqı nümayiş etdirəcək”.


Z.Oruc vurğulayıb ki, cəmi 134 əməkdaşdan ibarət olan Hesabalama Palatasının 36 milyardlıq büdcəni əhatə etməsi qeyri-mümkündür: “Bəli, Gürcüstanda müvafiq qurumda 342, Ermənistanda 204, Rusiyada 1007 nəfər əməkdaş çalışır. Üstəlik nəzərə almalıyıq ki, sözügedən ölkələrin büdcə rəqəmi bizimlə müqayisədə daha aşağıdır. Ona görə Palatanın ştat kontingentinin artırılmasını təklif edirik”. (Qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı