Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106556
az

Fikrət 10 gün əvvəl də tutulubmuş

16:2319 Aprel, 2024
90
KRİMİNAL
  • A

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb.


Oxu24.com xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib.


İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmiş və buna görə evdə dava salırmış. Aprelin 8-də isə Fikrət yaşadığı binanın qarşısında uşaqlıq dostu ilə pula görə dalaşıb. Həmin vaxt hadisə yerinin yaxınlığında olan polislər Fikrəti saxlamaq istəyərkən o, müqavimət göstərib.


Həmin gün saxlanılan Fikrət Məmmədov barəsində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsi Fikrəti törətdiyi əmələ görə 150 manat cərimə edərək sərbəst buraxıb.


Gecə törədilmiş qətl hadisəsinin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam etdirilir.


Qeyd edək ki, bu gecə saat 03 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Zərifə Məmmədovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəşad Dağlı əfv olunacaq? - “Hər şey ola bilər”
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR